İdmançılarımız AGF Kubokunun üçüncü günündə 3 qızıl, 2 gümüş və 9 bürünc medal qazanıblar
“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.

Üçüncü yarış günündə sərbəst güləş üzrə 115 yeniyetmə pəhləvan yarışıb. Yığmamızın üzvləri günü 3 qızıl, 2 gümüş və 9 bürünc medalla tamamlayıb. Komanda hesabında 86 xalla Azərbaycan birinci, 85 xalla İran ikinci, 76 xalla Türkiyə üçüncü yerdə qərarlaşıb. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxıstan pəhləvanları mübarizə aparır.

Xəbər 656 dəfə oxundu.