Tennisçi Rafael Nadal “Rio-2016”da İspaniyanın bayraqdarı olacaq
İspaniyanın Milli Olimpiya Komitəsi Braziliyada keçiriləcək növbəti Olimpiya Oyunlarında ölkənin bayraqdarı qismində hansı idmançının çıxış edəcəyini açıqlayıb. Bu, dünya şöhrətli tennisçi Rafael Nadal olacaq.

Bu məqsədlə keçirilən səsvermədə alternativ namizəd olmayıb. İspaniya MOK-un bütün üzvləri məşhur tennisçinin namizədliyini dəstəkləyiblər.

Rafael Nadal 2012-ci ilin London Olimpiadası ərəfəsində də milli komandanın bayraqdarı seçilmişdi. Lakin yarışlardan qabaq zədələnən idmançı Olimpiya Oyunlarında iştirak edə bilmədiyindən onu basketbolçu Pau Qassol əvəzləmişdi.

Xəbər 1607 dəfə oxundu.