Rəsmi Kubokun sponsor turu başladı
Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın Rəsmi Kuboku sponsor turuna başlayıb. Ali mükafat ilk olaraq bu gün AÇ-nin milli dəstəkçilərindən olan “Coca-Cola” şirkətinə təqdim edilib.

Şirkətin baş ofisində keçirilən təqdimat mərasimində UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın Yerli Təşkilat Komitəsinin üzvləri və “Coca-Cola”nın əməkdaşları iştirak edib, kubok ilə şəkil çəkdirmək imkanı qazanıb.

Xəbər 678 dəfə oxundu.