Vəli Qasımov: "Çalışacağıq qələbə qazanıb azarkeşlərimizi sevindirək"
"Neftçi” PFK-nın baş məşqçisi Vəli Qasımov Azərbaycan Kubokunun 1/2 final mərhələsi çərçivəsində "Qəbələ” klubu ilə keçirilmiş oyunu dəyərləndirib:

"Cəzalı və zədədli futbolçularımız var idi. O baxımdan bizim üçün çətinlik yarandı. Fasilədən sonra birinci hissəyə nisbətən daha yaxşı oynadıq. Qələbə qazanmaq istəyirdik, amma hələ qarşıda cavab matçı var. "Qəbələ” ilə daha iki dəfə - çempionat və kubok oyununda qarşılaşacağıq. Çalışacağıq ki, bu görüşlərdə qələbə qazanıb azarkeşlərimizi sevindirək. Azarkeşlərimizə təşəkkür edirik, bizi hər zaman olduğu kimi dəstəklədilər. Cütün taleyinə cavab oyununda aydınlıq gələcək”.

Xəbər 816 dəfə oxundu.