Millimizin rəqibi Belçika Avropa çempionatına gətirəcək heyətini açıqlayıb
17 yaşadək futbolçuların Avropa çempionatında millimizlə A qrupunda çıxış edəcək Belçika yığması heyətini açıqlanıb.

Baş məşqçi Tyerri Sike hazırlığa 23 futbolçu ilə başlayıb.

Onlardan əksəriyyəti “Brügge” və “Anderlext” klublarını təmsil edir:

Brent Qabriel, Onur Gurler, Sufian Karkaş, Senn Linen, Lua Openda, Dauda Peters, Jül van Hekke (hamısı “Brügge”), Sebastyan Bornauv, Milan Karrin, Hans Delkrua, Dam Fulon, Mil Svilar (hamısı “Anderlext”), Xian Emmers, Zinyo Vanhösden (hər ikisi “İnter”, İtaliya), Françesko Antonuççi (“Ayaks”, Hollandiya), Adrien Bonqiovanni (“Monako”, Fransa), Luka Bonnano (“Hoffenhaym”, Almaniya), İndi Bunen (“Mançester Yunayted”, İngiltərə), Natanel Frenoy (“Lyej”, Belçika), Pol Hernandes (“Espanyol”, İspaniya), Conatan İngi Yonsson (AZ, Hollandiya), Tibo Verlinden (“Stok Siti”, İngiltərə), Lui Verstrete (“Gent”)

18 nəfərlik yekun heyət yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, mayın 5-dən 21-dək davam edəcək Avropa çempionatında Belçika yığması Azərbaycan, Portuqaliya və Şotlandiya ilə eyni qrupda yer alıb.

Xəbər 674 dəfə oxundu.