Rəşad Sadıqovdan əsgərlərə dəstək: Daim onlarlayıq
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov ermənilərin son günlər yenidən cəbhə xəttində fəallaşmasına dair fikirlərini bölüşüb. O, bunları söyləyib:

"Bütün fikrimiz əsgərlərimizin yanındadır. Onlar düşmənə layiqli cavab verirlər. Biz də lazım gələrsə, təkcə sözdə yox, əməldə onlara qoşulmağa hazırıq. Bizim aramızda heç bir fərq yoxdur. Daim onların yanındayıq".

Xəbər 621 dəfə oxundu.