Skautları Bakıya gələcək Avropa klublarının siyahısı
Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin oyunlarını Avropanın tanınmış klublarının skautlarının izləyəcəyi barədə xəbər vermişdik. Daha 6 klubun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar.

Müraciət etmiş bütün klubların siyahısını diqqətinizə çatdırırıq:

“Mançester Siti” (İngiltərə)
“Arsenal” (İngiltərə)
“Sevilya” (İspaniya)
“Portu” (Portuqaliya)
“Mançester Yunayted” (İngiltərə)
“Bavariya” (Almaniya)
“Monako” (Fransa)
“Benfika” (Portuqaliya)
“Red Bull Zalsburq” (Avstriya)
“Middlsbro” (İngiltərə)
PSJ (Fransa)
“Bornmut” (İngiltərə)
PSV Eyndhoven (Hollandiya)
“Borussiya Münxenqladbax” (Almaniya)
“Hamburq” (Almaniya)
“Olimpik Marsel” (Fransa)

Xəbər 667 dəfə oxundu.