Sumqayıtda "Futbol və sağlam həyat" layihəsi davam edir
Sumqayıtda şəhər məktəbliləri üçün təşkil olunan "Futbol və sağlam həyat" layihəsi davam edir. Layihə çərçivəsinə tədbir bu dəfə Sumqayıtın 36 və 31 nömrəli tam orta məktəblərində keçirilib. Tədbirdə həmin məktəblərlə yanaşı 4, 2, 7, 39, 21, 28, 24, 29 və 23 nömrəli orta məktəblərin şagirdləri də iştirak edib.

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, "Azərikimya" İB –nin təşkilatçılığı ilə reallaşan layihəyə 2 gün ərzində 120-dən artıq şagird qatılıb.

Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" və "Paşa Həyat Sığorta"nin xüsusi hədiyyələr təqdim olunub.

Qeyd edək ki, 48 orta məktəbi əhatə edəcəyi layihəyə ümumilikdə 500-dən artıq şagirdin qatılması gözlənilir.

Xəbər 650 dəfə oxundu.