Cüneyd Biçər: Hər 2 komanda baxımlı futbol göstərdi
“İlk oyun həmişə ağır olur. Buna baxmayaraq, komandamız gözəl oyun sərgiləyə bildi”. İdman.com.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyd Biçər deyib. Türkiyəli mütəxəssis Unibank Premyer Liqasının XX turunun AzAL ilə matçı haqda fikrini açıqlayıb:

“Matçın ilk 20 dəqiqəsində xeyli sayda qol imkanının qaçırılmasından narazı qaldım. Ümumilikdə, hər 2 komanda gözəl, baxımlı futbol göstərdi. Yeni transferlərdən ikisinə bu gün şans verdik. Onlar yaxşı oynadılar. Xüsusilə, qol ötürməsi verən Roberto Alviz xoş təsir bağışladı.

Qarşıdakı oyunlarda digərlərinə də şans verəcəyik. Kosta-Rikalı Rendal Brenesi transfer vərəqi gəlmədiyi üçün bu matçda meydana buraxa bilmədik. Qarşıdakı görüşlərdə ona da şans verə biləcəyik”.
Qeyd edək ki, “Xəzər Lənkəran” doğma divarlara arasında AzAL-a 1:0 hesabı ilə qalib gəlib.

Xəbər 904 dəfə oxundu.