Berni Ekklstoun: Avropa Qran-prisinə ev sahibliyi edəcək Azərbaycan buna məsuliyyətlə hazırlaşır
Bakının Avropa Qran-prisinə hazırlığından müəyyən mənada razıyam.

Bu barədə “Formula-1”in prezidenti Berni Ekklstoun Rusiyanın “Sovetskiy sport” idman qəzetinə müsahibəsində deyib.

86 yaşlı böyük britaniyalı iyunun 17-19-da Bakıda keçiriləcək Avropa Qran-prisi ilə bağlı fikirlərini açıqlayıb. Berni Ekklstoun bildirib ki, ilk dəfə Formula-1”in mərhələ yarışına ev sahibliyi edəcək Azərbaycan buna məsuliyyətlə hazırlaşır: “Orada çalışan insanlar xoşuma gəlir. Onlar çox həssasdırlar və lazım olan hər şeyi edirlər”.

Xəbər 748 dəfə oxundu.