AGF Kuboku: Yunan-Roma güləşi üzrə 4 finalçı müəyyənləşib
“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə 100 gənc pəhləvan yarışır. Azərbaycan yığmasının güləşçiləri dörd müxtəlif çəki dərəcələrində finala yüksəlib.

50 kiloqram çəki dərəcəsində Nugzar Tsurtsumia (GEO) - Sardar Konuşbayev (KGZ), 55 kiloqramda David Çxartişvili (GEO) - Nofəl Babayev, 60 kiloqramda Mikayıl Rəhmanov - Kaly Sulaymanov (KGZ), 66 kiloqramda İslambek Dadov - Sənan Süleymanov, 74 kiloqramda Rustam Rahmatullayev (KGZ) - Serkan Akkoyun (TUR), 84 kiloqramda İslam Abbasov - Elton Vəzirzadə, 96 kiloqramda Giorgi Melia (GEO) - Vlaslen Kozliuk (UKR), 120 kiloqramda isə Osman Yıldırım (TUR) - Amirmohammad Hajipurganji (İRİ) final mübarizəsinə qoşulublar.

Yarışın ilk günündə Azərbaycan yığmasının gənc güləşçiləri dörd qızıl, beş gümüş və doqquz bürünc medal qazanıblar. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunur.

Turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxıstan pəhləvanları mübarizə aparır.

Xəbər 692 dəfə oxundu.