“Rio-2016”-a 100 gün qalır
“Rio-2016”-a 100 gün qalır.

34 idman növündə 306 medalçını müəyyənləşdirəcək XXXI Yay Olimpiya Oyunları Avqustun 5-dən 21-dək Rio-de Janeyroda keçiriləcək.

Bu gündən sonra təşkilatçı ölkə olan Braziliya Yunanıstandan rəmzi Olimpiya məşəlini təhvil alacaq. Məhz bu tarixdən başlayaraq nəhəng idman mərasiminin vaxtı geriyə hesablanacaq. Olimpiya məşəli Afinada Braziliya səfirliyinə təhvil verildikdən sonra İsveçrənin Cenevrə şəhərinə, ardından mayın 3-də Cənubi Amerika ölkəsinə gətiriləcək. Olimpiya simvolu Braziliyanın müxtəlif ştatlarının 334 şəhərinə aparılacaq.

Xəbər 769 dəfə oxundu.