Azərbaycan kuboku: Bu gün yarımfinalın ilk oyunları keçiriləcək
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Hər iki qarşılaşma paytaxtda oynanılacaq. Günün ilk oyununda “İnter”lə “Qarabağ” üz-üzə gələcək. Premyer Liqanın lideri ilə üçüncüsü arasındakı oyun “İnter Arena”da keçiriləcək.

Yarışın ikinci görüşü isə 8-ci km qəsəbə stadionunda oynanılacaq. İki il əvvəl finalda üz-üzə gələn “Neftçi” ilə “Qəbələ” bu dəfə bir öncəki mərhələdə kimin güclü olduğuna aydınlıq gətirəcəklər. Ardıcıl beşinci dəfə finala yüksəlmək istəyən Vəli Qasımovun yetirmələri ilə yanaşı qonaqlar da tarixinin ilk titulunu qazanmaq üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, kubokun cavab oyunları mayın 4-də keçiriləcək.

Xəbər 635 dəfə oxundu.