Foqts olimpiadada Elnura azarkeşlik edəcək
Ölkəmizin futbol millisinin baş məşqçisi Berti Foqts etiraf edib ki, o, cüdoçular arasında olimpiya çempionumuz Elnur Məmmədlinin azarkeşidir. İdman.com.az xəbər verir ki, almaniyalı mütəxəssis bu haqda açıqlamasında belə deyib:

«Mən Elnura azarkeşlik edirəm. Bilirəm ki, onun çəkisində mənim həmyerlim Ole Bişof da çıxış edir. Amma əgər olimpiadada bu idmançılar bir-biri ilə qarşılaşsa, Elnura dəstək olacam».

Xəbər 1024 dəfə oxundu.