Futbol və Sağlam Həyat adlı layihə davam edir
"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir. Layihə bu dəfə Sumqayıtın 36 və 31 saylı orta məktəblərində baş tutub. Tədbirdə həmin məktəblərlə yanaşı 4, 2, 7, 39, 21, 28, 24, 29 və 23 saylı orta məktəblərin şagirdləri də iştirak edib. Ümumilikdə, 2 gün ərzində davam edən layihəyə 120-dən artıq şagird qatılıb.

Xəbər 658 dəfə oxundu.