Avropa yığma komandalarının Bakıya gəlmə vaxtları müəyyənləşib
Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirində iştirak edəcək komandaların Bakıya gələcəyi tarix və vaxtı müəyyənləşib.

Ən tez İngiltərə (18:25) və Ukrayna (02:35) milli komandaları ölkəmizə gələcək - hər ikisi aprelin 29-da.

Mayın 1-də Fransa (18:35), Almaniya (20:20) və Belçika (21:10) yığmaları paytaxtımıza təşrif buyuracaqlar. Avstriya (21:10), Danimarka (21:10), Şotlandiya (00:55) və İsveç (20:20) mayın 2-də, Bosniya və Herseqovina (00:55), İtaliya (16:50), Hollandiya (00:55), Portuqaliya (00:55), Serbiya (12:10) və İspaniya (22:45) mayın 3-də Bakıya ayaq basacaqlar.

Xəbər 631 dəfə oxundu.