Neftçala - Ağsu matçının keçirilmə yeri dəyişdirildi
“Neftçala” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Müraciətdə klubun ev oyunlarının keçirildiyi Nəriman Nərimanov adına şəhər stadionunda dövlət tədbirinin baş tutacağı deyilir.

Klub bununla əlaqədar olaraq, “Ağsu” ilə aprelin 30-da keçiriləcək görüşün yerinin dəyişdirilməsini istəyib.

Müraciəti əsas götürüb, “Ağsu” klubunun razılığını alan PFL görüşün 29 aprel tarixdə Binə qəsəbə stadionunda keçirilməsinə qərar verib. Oyun saat 15:00-da başlanacaq.

Xəbər 676 dəfə oxundu.