Cüdoçularımız Vətəndə coşqu ilə qarşılandı
Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız Vətənə dönüblər. Heydər Əliyev adına Binə Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş idmançılarımızı böyük coşqu ilə qarşılayıblar. Cüdoçuların şəninə müxtəlif təzahüratlar səsləndirilib.

Qeyd edək ki, Kazanda təşkil olunan Avropa çempionatında cüdoçularımızdan Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (60 kq) isə gümüş medal qazanıb. Komanda yarışlarında isə cüdoçularımız tarixdə ilk dəfə bürünc medala sahib olublar.

Xəbər 751 dəfə oxundu.