Sumqayıt Kəpəzə, AZAL Rəvana qalib gəldi
Şənbə günü keçirilmiş iki oyunla əvəzedici heyətlərin ölkə birinciliyində 31-ci tura yekun vurulub. Paytaxt derbisində AZAL səfərdə “Rəvan”dan üstün olub.

“Kəpəz”lə qarşılaşan “Sumqayıt” isə rəqibini məğlub edərək bir günlük fasilədən sonra yenidən ikinci pilləyə yüksəlib.

Əvəzedicilərin çempionatı
31-ci tur
23 aprel

“Rəvan” - AZAL - 2:3
Qollar: Xanlar Teymurov, 40; 75 - Elmin Çobanov, 8; 65. Seyidrəzi Ağayev, 21.

“Sumqayıt” - “Kəpəz” - 2:0
Qollar: Ayaz Mehdiyev, 38. İlqar Hüseynov, 77-pen.

Xəbər 833 dəfə oxundu.