“Rəhbərlik və azarkeşlərin qarşısında utanıram”
“Biz imkanımızdan aşağı səviyyədə oynadıq. İlk növbədə bunda mən təqsirkaram”. İdman.com.az saytının məlumatına görə bunu “Bakı” klubunun baş məşqçisi Aleksnadr Starkov deyib. O, bu gün keçirilmiş Unibank Premyer Liqanın XX turunda “Qarabağ”a 0:3 hesablı məğlubiyyətdə özünü günahkar sayıb.

Latviyalı mütəxəssis azarkeşlərinin “istefa” şüarı səsləndirməsinə də münasibət bildirib: “Rəhbərlik və azarkeşlərin qarşısında utanıram. Görüşün nəticəsi ədalətlidir. “Qarabağ” yaxşı oynadı. İstefaya gəlincə, bu məsələ burada sizlə deyil, başqa yerdə başqa adamla həll olunacaq”.

Xəbər 894 dəfə oxundu.