Gəncə şəhər stadionunda plastik oturacaqlar quraşdırılır
“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda plastik oturacaqların qoyulması davam edir. 25 min tamaşaçı tutumuna malik arenada plastik oturacaqların qoyulması işinə cari futbol mövsümün əvvəlindən start verilib.

Qeyd edək ki, öncə mərkəzi tribunlardakı sektorlara oturacaqlar qoyulub. Daha sonra digər tribunlarda bu işlər həyata keçirilməyə başlanılıb.

İlkin mərhələdə tribunalara 3000 oturacaq bərkidilib. 5-6-ci sektorlarda hər iki yarusa oturacaqlar qoyulub. İndi isə 7-8 və mərkəzlə üzbəüz 15, 16, 17, 18, 19, 20 və 21-ci sektorlarda iş gedir.

Hazırda nəzərdə tutulan işlərin 1/3 hissəsi görülüb.

Onu da əlavə edək ki, stadionda aparılan işlər AFFA və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə həyata keçirilir.

Xəbər 788 dəfə oxundu.