Sumqayıt yarımmüdafiəçisini itirdi
"Sumqayıt" Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində qarşılaşacağı "Kəpəz"lə oyuna hazırlığı davam etdirir. Komanddaa zədəli futbolçu yoxdur.

Amma komandanın kapitanı Aleksandr Çertoqanov qarşıdakı oyunu buraxmalı olacaq. Buna səbəb təcrübəli yarımmüdafiəçinin sarı vərəqə limitini aşmasıdır.

Qeyd edək ki, "Sumqayıt" - "Kəpəz" matçı aprelin 24-də keçiriləcək və saat 14:00-da start götürəcək.

Xəbər 730 dəfə oxundu.