Eyni qrupda mübarizə aparacağımız Şotlandiya millisi Bakıya 18 futbolçu ilə gələcək
17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alan Şotlandiya yığmasının heyəti açıqlanıb.

Baş məşqçi Skot Qemmil Bakıya 18 oyunçu gətirəcək.

Yekun siyahıda iki qolkiper, beş müdafiəçi, altı yarımmüdafiəçi və beş hücumçu yer alıb:

Qapıçılar: Aydan MakAdams (“Seltik”), Kiran Rayt (“Reyncers”)

Müdafiəçilər: Daniel Baur (“Harts”), Den Meredit (“Vest Bromviç”, İngiltərə), Toni Qallaxer (“Falkirk”), Liam Heqarti (“Middlsbro”, İngiltərə) Aydan Uilson (“Reyncers”)

Yarımmüdafiəçilər: Freyser Hornbi (“Everton”, İngiltərə), Liam Bart (“Reyncers”), Kayl MakAllister (“Sent Mirren”), Cordan Holsqrouv (“Ridinq”, İngiltərə), Cek Tomson (“Reyncers”), Brok Vatson (“Seltik”)

Hücumçular: Zak Rudden (“Reyncers”), Cek Aytçison (“Seltik”), Lüis Morrison (“Kilmarnok”), Konnor MakLennan (“Aberdin”), Cek Adamson (“Reyncers”).

Qeyd edək ki, millimiz A qrupunda son matçını Şotlandiya yığmasına qarşı keçirəcək. Görüş mayın 11-də saat 16:00-da 8-ci kilometr qəsəbə stadionunda oynanılacaq.

Xəbər 782 dəfə oxundu.