U-16 komandası çempionatın liderini məğlub etdi
"Neftçi” PFK-nın U-16 komandası AFFA-nın təşkil etdiyi U-16 liqasında növbəti oyununu keçirib. Komandamız XXIX turda çempionatın lideri "Qəbələ” klubunun qonağı olub. Qəbələ şəhər stadionunda baş tutmuş görüş futbolçularımızın 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qolu Şıxmirzə Mikayılov vurub.

Qeyd edək ki, 3-cü yerin sahibi "Qarabağ”dan 2 oyun az keçirmiş U-16 komandamız 25 oyundan 57 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər 868 dəfə oxundu.