Ulu Öndərin xatirəsinə həsr olunmuş futzal üzrə rayon birinciliyinə start verildi
Aprelin 21-də Olimpiya İdman Kompleksində Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəb komandaları arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş futzal üzrə rayon birinciliyinin açılış mərasimi keçirilib.

Əvvəlcə idmançılar ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər. Mərasimi giriş sözü ilə açan Biləsuvar rayon Gənlər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başladığı məqsədyönlü idman siyasəti bu gün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə olimpiya hərəkatı ildən-ilə geniş vüsət alır. Dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında idmançılarımızın parlaq qələbələri buna əyani sübutdur. Dövlət başçısının idman sahəsinə göstərdiyi böyük qayğı idmançılarımızın da yarışlara daha inamla, əzmlə qatılmasına böyük təkan verir.

Açılış mərasimində iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı Ulu öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş yarışın rayonun idman həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, komandalara uğurlar arzulamışdır.

Rəsmi açılış mərasimindən sonra futzal üzrə rayon birinciliyiə start verildi.Yarış 06 may 2016-cı il tarixədək davam edəcəkdir.

Xəbər 872 dəfə oxundu.