Orxan Səfərovdan Avropa çempionatında gümüş medal
Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatına start verilib. Rio Olimpiadasına lisenziya xarakterli yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Azərbaycan milli komandası aktivinə 1 medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov Avropa çempionatının gümüş medalına sahib olub.

Xəbər 672 dəfə oxundu.