Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Rio Olimpiadasına lisenziya xarakterli yarışda Azərbaycan milli komandası aktivinə bir medal qazandırıb. Ölkəmizi 60 kq çəki dərəcəsində təmsil edən Orxan Səfərov Avropa çempionatının gümüş medalına sahib olub.

Ümumilikdə isə yarışın ilk günündə yığma komandamızın dörd üzvü mübarizəyə qoşulub.

Qeyd edək ki, yığmamız yarışda 9 kişi, 1 qadın cüdoçu ilə təmsil olunur. Avropa çempionatı aprelin 24-də başa çatacaq.

Xəbər 782 dəfə oxundu.