Qarabağ İnteri məğlub yola saldı
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 31-ci tura start verilib. İlk oyun günündə bir görüş keçirilib.

Günün yeganə matçında "Qarabağ" doğma meydanda "İnter"ə qalib gəlib.

Əvəzedicilərin çempionatı
31-ci tur
21 aprel

“Qarabağ” - “İnter” - 3:1
Qollar: Əl Hərbi Əl Jadeyui, 8. Azər Salahlı, 57. Elgün Rəhimli, 90+4 - Oleq Kurbatov, 62.

Xəbər 669 dəfə oxundu.