İdman dırmanması üzrə «Gömrükçü» İdman Klubunun açıq çempionatı keçiriləcək
Aprelin 23-24-də «Climbaku» İdman Dırmanması Mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAIREX), eləcə də Azərbaycan Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə idman dırmanması üzrə «Gömrükçü» İdman Klubunun açıq çempionatı keçiriləcək.


İdman dırmanmasının boldrinq və sürət növləri üzrə təşkil ediləcək yarışda paytaxt və bölgələri təmsil edən idman klubları və təşkilatlarından idmançı iştirak edəcək. Yarışın təşkilində məqsəd idman dırmanmasını təbliğ etmək, kütləviləşdirmək, həmçinin bu növün inkişafına dəstək vermək, istedadlı idmançıları üzə çıxarmaqdır.

Xəbər 750 dəfə oxundu.