Qarabağ İnter Arenaya üz tutdu
"Qarabağ"ın may ayındakı ev oyunlarını doğma "Azərsun Arena"da keçirə bilməyəcəyini xəbər vermişdik. Buna səbəb mayın 5-dən 21-dək Azərbaycanda təşkil olunacaq 17 yaşadək futbolçular arasındakı Avropa çempionatının bəzi oyunlarının Ağdam klubunun stadionunda keçirilməsidir.

Öncədən "Qarabağ"ın bu müddət ərzində bir neçə ev oyununu "Zirə"nin stadionunda keçirəcəyi bildirilirdi. Lakin əldə etdiyimiz son məlumata görə, Ağdam klubu müvəqqəti olaraq "İnter Arena"ya köçəcək.

Qeyd edək ki, eyni səbəbdən "Neftçi" də "Bakcell Arena"nı "Əlincə" stadionuna dəyişməli olacaq.

Xəbər 564 dəfə oxundu.