Bakıda atçılığın konkur növü üzrə “Murad” kuboku yarışı keçiriləcək
Aprelin 23-də Binə Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə M*-S** kateqoriyalı “Murad” kuboku yarışı keçiriləcək.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışın ümumi mükafat fondu 5 min manatdır.

Yerli hakimlər kollegiyasının idarə edəcəyi yarışda müxtəlif klubların idmançıları mübarizə aparacaq.


Xəbər 1145 dəfə oxundu.