Noyer dünyanın ən bahalı qolkiperinə çevrilib
Almaniya millisinin və “Bavariya” futbol komandasının qolkiperi Manuel Noyer doğma klubunda qalmağı qərara alıb.

Noyer klubla müqaviləsini 2021-ci ilədək uzadıb. 30 yaşlı qapıçı komandanın yüksək ödənişli oyunçularından hesab edilir. Belə ki, Noyerin illik əməkhaqqı 15 milyon avro təşkil edəcək. Bu məbləğ onu dünyanın ən ödənişli qolkiperinə çevirib.

Qeyd edək ki, M. Noyer “Bavariya”ya 2011-ci ildə “Şalke”dən transfer olunub. O, Münhen klubunda Çempionlar Liqası, klublararası dünya çempionatı və 3 dəfə Almaniya çempionluğunu qazanıb. Noyer Bundesliqanın cari mövsümdə 30 oyunda qapısından cəmi 14 top buraxıb.


Xəbər 682 dəfə oxundu.