U-19 komandasından möhtəşəm qələbə
"Neftçi” PFK-nın U-19 komandası ölkə çempionatında növbəti qələbəsini qazanıb. Baş məşqçi İqor Getmanın yetirmələri XXI turda "Kəpəz” klubunu 14:0 hesabı ilə məğlub ediblər. "Dalğa Arena”da baş tutmuş görüşdə Oruc İsmayılov "het-trik”ə, Rüzigar İbrahimzadə, Şəfi Bağırov və İbrahim Əliyev isə "dubl”a imza atıb. Rafiq Zamanov, Kənan Mirzəliyev, Fərid Qarayev, Qara Mehrəlizadə və Ramiz Quliyev hərəyə bir dəfə fərqləniblər.
Qeyd edək ki, U-19 komandamız hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər 684 dəfə oxundu.