İngiltərə, İspaniya və Portuqaliyanın klub rəsmiləri Azərbaycan futbolçularını izləyəcək
İngiltərənin “Mançester Siti”, İspaniyanın “Sevilya”, Portuqaliyanın “Portu” klublarının nümayəndələri (skautlar) paytaxtımızda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatını izləmək üçün ölkəmizə səfər edəcək.

Artıq onlar AFFA-ya müraciət ünvanlayıblar. Ehtimal olunur ki, digər Avropa nəhəngləri - İngiltərənin “Arsenal”, İspaniyanın “Deportivo” və Almaniyanın “Bavariya” klubunun menecer və agentləri də AÇ-ni izləməyə gələnlər arasında olacaq.

Xəbər 684 dəfə oxundu.