Təbriz klubu ilk dəfə Asiya Çempionlar Liqasının səkkizdəbir finalına yüksəlib
Asiya Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilir.

Təbrizin “Traktorsazi” klubu səfərdə Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu ilə qarşılaşıb. Səfərdə 2:0 hesabı ilə qalib gələn Təbriz təmsilçisi sona bir tur qalmış qrup liderliyini rəsmiləşdirib. Beş oyundan sonra hesabina 12 xal qazandıran “Traktorsazi” tarixində ilk dəfə Asiya Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.

Xəbər 640 dəfə oxundu.