“Böyük Dəbilqə” turnirinə qatılacaq ölkələrin sayı artıb
Mayın 6-dan 8-dək Bakıda cüdo üzrə keçiriləcək “Böyük Dəbilqə” turnirinə gələcək ölkələrin siyahısında dəyişiklik olub.

Heydər Əliyev adına İdman Arenasında təşkil olunacaq yarışda daha üç ölkə təmsil olunacaq. Nəticədə paytaxtımıza gələcək komandaların sayı 89-a çatıb. Mötəbər turnirə ümumilikdə 591 cüdoçu qatılacaq. Bunlardan 359-u kişi, 232-si qadındır.

Qeyd edək ki, yığmamız “Boyük Dəbilqə”dən öncə Rusiyanın Kazan şəhərində keçiriləcək Avropa çempionatına qatılacaq.

Xəbər 707 dəfə oxundu.