AFFA Azərbaycan millisi üçün üçüncü rəqib axtarışını davam etdirir
AFFA mayın 23-dən iyunun 4-nə qədər Avstriyada təlim-məşq toplanışında olacaq Azərbaycan yığması üçün üçüncü rəqib axtarışını davam etdirir. Hazırda millimizin mayın 29-da Makedoniya, iyunun 3-də isə Kanada ilə qarşılaşacağı bəllidir.

Yaxın günlərdə Robert Prosineçkinin rəhbərlik etdiyi Azərbaycan millisinin daha bir rəqibinin kim olacağı bəlli olacaq. Yığmamız həmin rəqiblə ya mayın 26-da, ya da 27-də qarşılaşacaq.

Qeyd edək ki, hazırda AFFA ilə Ukrayna Futbol Federasiyası arasında iki ölkənin yığma komandası arasında sınaq matçının keçirilməsinə dair danışıqlar aparılır.

Xəbər 636 dəfə oxundu.