U-15 liqasında növbəti oyununu keçirib
"Neftçi” PFK-nın U-15 komandası Boulevard Hotel U-15 liqasında növbəti oyununu keçirib. Baş məşqçi Arslan Quliyevin yetirmələri XXXIII turda "Ağsu” klubunu qəbul ediblər. "Dalğa Arena”da baş tutmuş görüş komandamızın 9:1 hesablı qələbəsi ilə nəticələnib. "Neftçi”nin heyətində Orxan Fərəcov "het-trik”ə, Nicat Musayev isə "dubl”a imza atıb. Nihat Qurbanlı, Turan Əhmədov, Vüsal Əsgərov və Səbuhi Hüseynov hərəyə bir dəfə fərqləniblər. Qeyd edək ki, U-15 komandamız sona bir tur qalmış 81 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

"Neftçi” PFK-nın U-10 komandası isə 1/8 final mərhələsində cavab oyununa çıxıb. "Sumqayıtspor”u ilk görüşdə Səbuhi İmaməliyev, Zəka Mirzəyev və Murad Məmmədovun qolları sayəsində 3:0 hesabı ilə qalib gəlmiş baş məşqçi Ruslan Qafitulinin yetirmələri bu dəfə 1:2 hesabı ilə məğlub olmaqlarına baxmayaraq, iki oyunun nəticəsinə görə növbəti mərhələyə vəsiqə qazanıblar.

Xəbər 709 dəfə oxundu.