Bakı Şəhər Baş Polis İdarəsində şahmat turniri keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Bakı Şəhər Baş Polis İdarəsinin təşkilatçılığı ilə polis əməkdaşları arasında şahmat turniri keçirilib.

İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilən turnirə 12 komandanın tərkibində 43 nəfər qatılıb. Yarışları FİDE hakimi Cavanşir Bağırov idarə edib.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Baş Polis İdarəsinin kadrlar idarəsinin rəisi, polis polkovniki Elçin Əsədov və BŞGİBİ-nin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə əlaqələndirici-kuratoru Salman Əbdülov qalibləri təbrik edib, onlara xidməti işlərində və növbəti yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Sonda şəxsi və komanda hesabında qalib gələn iştirakçılar mükafatlandırılıblar.

Xəbər 727 dəfə oxundu.