Milli futzalçımız “Uraqan”a qələbə qazandırdı
Azərbaycan milli komandasının futzalçısı Serjao şərəfini qoruduğu Ukraynanın “Uraqan” klubunda növbəti oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, milliləşən braziliyalımız ölkə kubokunun “Şans-Avto” ilə qarşılaşmasının iştirakçısı olub. 1/8 final mərhələsinin ilk oyunu “Uraqan”ın aşkar üstünlüyü ilə əlamətdar olub.

Aşağı dəstə təmsilçisinə dərs keçən İvano-Frankovsk təmsilçisi 11:3 hesabı ilə qalib gələrək cavab oyunu formallığa çevirib. Artıq ilk hissənin 6:0 hesabı ilə bitməsi komandalar arasında səviyyə fərqini göstərir. Serjao bu görüşdə cəmi 1 qol vurub.

Xəbər 925 dəfə oxundu.