Nazir Azad Rəhimov Yunanıstanda olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak edəcək
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov aprelin 21-də Yunanıstanda keçiriləcək XXXI Yay Olimpiya və XIV Paralimpiya Oyunlarının olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak edəcək.

Olimpiya Oyunlarında açılış günü stadionda yandırılan alov ənənəyə görə Yunanıstanda yerləşən Olimpiya məbədindən götürülür. Bu münasibətlə Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos nazir Azad Rəhimovu Braziliyada keçiriləcək XXXI Yay Olimpiya və XIV Paralimpiya Oyunlarının olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak üçün bu ölkəyə dəvət edib.

Nazir Azad Rəhimov eyni zamanda, 20 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi tərəfindən təşkil ediləcək ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın yunan dilində təqdimat mərasiminə də qatılacaq.

Səfər çərçivəsində həmçinin Yunanıstan Respublikasının Mədəniyyət və İdman naziri Aristides Baltes ilə də görüş planlaşdırılır . Görüş zamanı iki ölkə arasında idman sahəsində mövcud əlaqələrin, gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması nəzərdə tutulur.
Səfər 22 aprel tarixinədək davam edəcək.

Xəbər 720 dəfə oxundu.