Qəbələ Xəzər Lənkəranla oyunun hazırlığına start verdi
“Qəbələ” Topaz Premyer Liqasının 31-ci turunun “Xəzər Lənkəran”la oyununun hazırlığına start verib. Ötən turun “Rəvan”la aprelin 15-də keçirilən ev qarşılaşmasından (2:0) sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib.

Komanda üzvləri ötən gün baş tutan məşqə fiziki hazırlıqla başlayıb. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışmalarla davam etdirilib. Roman Qriqorçukun yetirmələri növbəti məşqini bu gün, günün ikinci yarısında gerçəkləşdirəcək.

Xatırladaq ki, “Xəzər Lənkəran” - “Qəbələ” oyunu aprelin 23-də keçiriləcək. Lənkərandakı “Xəzər Lənkəran” mərkəzi stadionunda baş tutacaq görüş saat 16:30-da start götürəcək.

Xəbər 682 dəfə oxundu.