Neftçi Qurbanovun sarı vərəqəsinin ləğvini istəyir
"Neftçi" AFFA-nın İntizam Komitəsinə müraciət ünvanlayıb. Paytaxt klubu komandanın hücumçusu Ruslan Qurbanovun Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Qarabağ"la matçın 23-cü dəqiqəsində aldığı sarı vərəqənin ləğv olunmasını istəyirlər.

Qeyd edək ki, bu matçın baş hakimi Ramil Diniyev Ruslanı simulyasiyaya əl atması iddiası ilə sarı vərəqə ilə cəzalandırmışdı. Amma bakılılar hücumçunun həmin epizodda simulyasiya etmədiyini, ədalətsiz şəkildə cəzalandırıldığını bildirirlər.

Klubdan aldığımız məlumata görə, artıq bununla bağlı "Neftçi" rəhbərliyi AFFA-ya məktub ünvanlayıb. Məsələyə sabah keçiriləcək İntizam Komitəsinin növbəti iclasında baxılması gözlənilir. Qurbanovun sarı vərəqəsi ləğv olunsa, o, 31-ci turda "Zirə"yə qarşı forma geyə biləcək.

Xəbər 670 dəfə oxundu.