Sotomayor Avropa Olimpiya Təsnifat Turnirinin qalibi oldu
Türkiyənin Samsun şəhərində keçirilən boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinə yekun vurulub. Yarışın son günündə final döyüşləri, həmçinin lisenziya verən 3-cü yer uğrunda qarşılaşmalar baş tutub. “Qəbələ” İdman Klubunun idmançısı Lorenzo Sotomayor da finalda qüvvəsini sınayıb. 64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz latviyalı Evaldas Petrauskasla üz-üzə gəlib. Həlledici döyüşə vəsiqə qazanmaqla Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edən idmançıların döyüşündə Lorenzo qalib gəlib. Boksçumuz hər üç raundda rəqibindən üstün olub – 3:0 (30:27, 30:27, 30:27). Bununla da o, Samsundakı turnirin qalibi adına yiyələnib.

Xəbər 853 dəfə oxundu.