Azərbaycan cüdoçuları Avropa Kubokunu qazanıblar
Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub.

Yarışın sonuncu günündə milli komandamız aktivinə daha 1 medal yazdırıb.

73 kq çəki dərəcəsində çıxış edən Paşa Əliyev Almaniya, Polşa, Avstriya, Ukrayna və Hollandiyadan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Lakin həlledici qarşılaşmada sloveniyalı Nik Janusa uduzan cüdoçumuz gümüş medalla kifayətlənib.

Xatırladaq ki, yarışın ilk günü cüdoçularımız 9 medal qazanıblar. Fərid Qəzənfərov (50 kq) Əhməd Yusifov (55 kq), İbrahim Əliyev (60 kq) və Şəfəq Həmidova (44 kq) qızıl, Elçin Hüseynov (60 kq) gümüş, Rəşxan Baxşəliyev, Rəşad Yelkiyev (hər ikisi 50 kq), Yaqub Cavadov (60 kq) və Vüsalə Kərimova (40 kq) isə turnirin bürünc medallarına sahib olublar.

Bununla da Azərbaycan millisi 10 medal qazanaraq komanda hesabında Avropa Kuboku yarışını birinci pillədə başa vurub.

Qeyd edək ki, 29 ölkədən 736 idmançının qatıldığı yarışda millimiz 26 idmançı (20 oğlan, 6 qız) ilə təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə is

Xəbər 721 dəfə oxundu.