Kəpəz Gəncədə məşq etdi
Topaz Premyer Liqasının 30-cu turunda Gəncənin “Kəpəz” klubu doğma meydanda “İnter”i qəbul edəcək. “Sarı-göylər” matçın ev sahibliyi edəcəyi arenada qarşıdakı görüş öncəsi bu gün son məşqini keçirib.

Şəhər stadionundakı məşq prosesi azarkeşlər və mətbuat üçün açıq olub. Təxminən 50 dəqiqə sürən hazırlıq yüngül xarakter daşıyıb. Futbolçular əsasən toplu çalışmalar üzərində işləyiblər.

“İnter” ilə oyuna Gəncə təmsilçisi itkilərlə çıxacaq. Belə ki, uzun müddətdir ki, zədəli olan Dario Federikonun sırasına Namiq Ələsgərov da qoşulub. Gənc futbolçu “Qarabağ”a qarşı görüşdə zədələndiyindən çempionatda iki qarşılaşmada komandasına kömək edə bilməyəcək. Cəza dövrünü başa vuran Junior Martins isə baş məşqçinin şans verəcəyi təqdirdə meydanda olacaq.

Xəbər 644 dəfə oxundu.