Azərbaycan Beynəlxalq Bankı “Bakı Marafonu 2016”nın sponsorudur
Mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçiriləcək.

Tədbirin əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, ictimaiyyət arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, eləcə də onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Korporativ Sosial Məsuliyyət layihələrində idmana xüsusi yer verən Azərbaycan Beynəlxalq Bankı da bu tədbirə sponsorluq dəstəyi göstərəcək. Dövlət Bayrağı Meydanından start götürəcək yarı marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq. Marafona 16 yaşdan yuxarı hər bir kəs əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. Əlavə məlumatı bu bölmədən əldə etmək mümkündür: www.bakumarathon.az

Xəbər 748 dəfə oxundu.