İtaliyalı mütəxəssis: Azərbaycanda şərait çox yaxşıdır
“Albaniya futbolunda böyük problemlər var. Xüsusilə, infrastrukturla bağlı”. İdman.com.az saytının məlumatına görə, bu sözü Albaniya millisinin baş məşqçisi Canni de Biazi deyib. 55 yaşlı italiyalı mütəxəssis baş məşqçi postuna cəmi 2 ay əvvəl təyin olunsa da, artıq alban futboluna bələd ola bilib.

Vaxtilə “Torino”, “Udineze” kimi klublarda da çalışan Biazi Albaniya futbolunun hazırkı durumundan danışarkən Azərbaycan Premyer Liqasında çıxış edən “Qarabağ”ın üzvü Ansi Aqolli ilə söhbətini də xatırlayıb:

“Düşünürəm ki, komandaların şəraitinin yaxşılaşdırılması üçün nəhəng şirkətlər futbola sponsorluq edib, pul xərcləməlidir. Bu yaxınlarda Azərbaycanda çıxış edən millimizin futbolçusu Ansi Aqolli ilə söhbət etdim. O, dedi ki, çıxış etdiyi “Qarabağ”in şəraiti Albaniya klublarınkından çox-çox yaxşıdır. Elə digər ölkələrdə də belədir”.

Xəbər 1108 dəfə oxundu.