Neftçidə Qarabağla oyun öncəsi ciddi itki
"Neftçi" Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna hazırlığı davam etdirir. Paytaxt klubu Azərbaycan derbisi öncəsi ciddi itki ilə üzləşib.

Belə ki, müdafiəçi Xuan Alberto Melli komandasının son məşqlərindən birində ayağında ağrılar hiss etdiyi üçün hazırlığı davam etdirə bilməyib. Bu üzdən də o, "Qarabağ"la oyunda komandasına kömək edə bilməyəcək.

Xəbər 682 dəfə oxundu.