Bakıda məktəbli qızlar arasında keçirilən voleybol yarışı başa çatıb
Nərimanov rayonu ərazisində yerləşən 45 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVIII spartakiadanın proqramı çərçivəsində qızların voleybol yarışının final oyunları keçirilib.

Yarışda 11 rayon komandasının tərkibində 132 nəfər iştirak edib.

Yekun nəticəyə görə, I yeri Xətai rayonu 138 nömrəli tam orta məktəbin komandası, II yeri Səbail rayonu 236 nömrəli tam orta məktəbin komandası, III yeri Qaradağ rayonu 180 nömrəli tam orta məktəbin komandası tutub.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVIII spartakiadanın baş hakiminin müavini Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı, XXVIII spartakiadanın baş katibi Valentina Sultanova və digər şəxslər qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Xəbər 763 dəfə oxundu.